Bir çox halda, dəri quruluğu problemi bədənin dəri örtüyünün maksimal nazik olduğu və ya daha çox xarici amillərin təsirinə məruz qaldığı sahələrində əmələ gəlir. Ekzema və atopik dermatitdən başqa dərinin qurumasına səbəb ola biləcək bir sıra səbəb mövcuddur:
•Antibakterial kremdən və ya sabundan tez-tez istifadə olunması hidrolipid mantiyasını məhv edir və dəri qiymətli mayeni itirir.
•Kimyəvi reagentlərlə, boyalarla təmas – bununla həm əlcəksiz məişət kimyəvi vasitələrdən istifadə edən evdar qadınlar, həm də aqressiv tərkiblərlə işləmək məcburiyyətində olan mütəxəssislər qarşılaşa bilər.
•Qışda aktiv şəkildə istilik sisteminin, yayda isə kondisionerin istifadə edildiyi otaqda quru hava. Bu cür olan halda, dəri mayeni onun daha da az olduğu yerdən verməyə məcbur olur.
•Yandıran günəş, külək, qar, qəfil temperatur dəyişikliyi də əllərin dərisinin müdafiə xüsusiyyətlərinə mənfi təsir göstərir.
•Həddindən artıq və ya kifayət etməyən qulluq – iki ifrat dərəcəsi, hər ikisi dərinin maye saxlamaq qabiliyyətinə təsir göstərir. Tez-tez skrabların, köpüklərin, sabunun istifadə olunması müdafiə qatını məhv edir, kremin daima vurulması isə təbii maye ifrazını azaldır – dəri daima öz funksiyası barədə “unudur”.